Sərdi qanadlarını yerə, xəbərsiz axşam,Həyətdəki bağçaya baxıram pəncərəmdən.Sanki yer-göy dillənib deyir ki, qışam, qışam.Sevdiyim bu şəhərin qışına heyranam mən.

Nə qəribə görünür ağ yorğan torpaq üstə, –Yeriyir göy üzündə buludlar ağır-ağır.Sığırçınlar bağçaya uçuşur dəstə-dəstə,Elə bil ağaclara göydən qara qar yağır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar