Meşədə gəzişirdim bir az ov edim deyə,Bütün hər şey üzümə gülürdü çiçək kimi.Sən kollar arasından pırr edib qalxdın göyə,Zəfər axşamlarında atılan fişəng kimi,Al-əlvan gördüm səni,Qəlbaçan gördüm səni.Barmağımı tətikdən çəkib ardınca baxdım,Bağışlasın ovçular, ovçuluğu buraxdım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar