Bakılıtək düşünürəm bayaqdan –Heç belə qış görməmişdim bu yerdə.Min sığırçın asılıb hər budaqdan,Bu qədər quş görməmişdim bu yerdə.Şəhərimin qışı yaman sərt olub,Soyuq, şaxta çəkilməyib Xəzərdən.Qağayılar sərçələrə qoşulubHəyət-həyət yem gəzirlər səhərdən.Öz hikkəni, ey qış, yaxşı yeritdin,Gör kimləri sən kimlərə tay etdin!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri