Dinlə qan qardaşını, qabar əlli qardaşımMən sözlü, mən arzulu, mən könüllü qardaşım,Görürəm ki, qanından rəng alıbdır dan yeri,Dərdli, qəmli kamanı ürək telli qardaşım.

Azadlıq günəşindən can gəlsin torpağına,Təbrizli, savalanlı, ərdəbilli qardaşım.Uzun illər kilidli dilin açıldı artıq,Doğma anam laylalı, anam dilli qardaşım!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən