Nəsillər! Bilirik ki, deyilsiniz vəfasız,Baxmayın, etinasızBizim başımızdakı əriməyən bu qara.Bizim yaşımız hara, sizin yaşınız hara?!Gün oldu mənzilimiz zindantək zülmət oldu.Əlcə arpa çörəyi böyük bir nemət oldu.Qanlı-qadalı günlər bir-birinə calandı,Nərəmizdən göylərin pərdəsi parçalandı.Əsrlərin yükünü daşıdıq çiynimizdə,Səngərdə paltarımız çürüdü əynimizdə.Yollarımızda artdı meyitlərin yığını,Bağladıq çəkməmizin kəndirlə yırtığını.Düşmənlərlə döyüşdə bağrımız qaralandı.Mahnımız yaralandı, şerimiz yaralandı.

Günəşə doğru getdik, işığa doğru getdik,Oğullar qurban verib, axır ki kama yetdik.Şahiddir bu sözlərə böyük muzeylərdəki,Qəlbimizin qanına bələnmiş partbiletlər.Budur, budur, həyatda ölümlərin göyçəyi,Buna ölüm deyil, yox, ad verib ellər – zəfər.Tarix kitablarına yazıldıqca fəsillər,Hər an sizi düşündük, nəsillər, ay nəsillər!Yolları sizdən ötrü düşməndən təmizlədik,Tikandan təmizlədik.Təmizlədik ki, bir də solmasın baharınız,Ulduzlar dünyasında yansın ulduzlarınız.Nəsillər, ey sabahın şerini yaradanlar,Sizə bir neçə kəlmə səmimi sözümüz var:

Baxıb şerimizdəki yaralı misralara,“Yandım, öldüm” deməkdən aralı misralara,Gəlin dodaq büzməyin, onlar döyüşdən çıxıb,Sərt illərin bağından gül yığıb, çiçək yığıb,Yerə-göyə sığmayan arzular könlümüzdə,Silah bir əlimizdə, qələm bir əlimizdə,Yolları təmizlədik bəxtiniz gülsün deyə,Könlünüzə səadət baharı gəlsin deyə.Dinləyin, gənc nəsillər! Söyləyirik vüqarla,Fərəhlə, iftixarla:Həyata göz açandan haqqı gözləyənlərik,Yol təmizləyənlərik, yol təmizləyənlərik!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri