Oxucum, vətənə məhəbbətimiMənim bu döyünən ürəyimdə gör.Ulu millətimə sədaqətimiSonsuz arzumda gör, diləyimdə gör,

Oxucum, şeri gör sözün düzündə,Şairtək yerimi bu Yer üzündəÜrəyimin qoşa saf güzgüsündə –Mənim bu ikicə bəbəyimdə gör.

Mahnımın dillərdə səslənməsini,Sevən könüllərdə səslənməsini,Dost, qardaş ellərdə səslənməsiniHalal duzumda gör, çörəyimdə gör.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən