Nakam məhəbbət
Azəroğluya
Təbrizdə olmuşam anadan qəmli daxmadaİnsana qəm, kədər gətirən nəmli daxmada.Qundaqlayıb anam məni bir cındır əskiyə.Mıncıq da taxdı boynuma, göz dəyməsin deyə.Göz dəyməsin deyə, məni çox basdı bağrına,Azər qoyub mənim adımı yazdı bağrına.Sonra beşik başında çalıb lay-lay, ağladı,Hər gün, hər həftə ağladı o, hər ay ağladı.Düşdükcə damcılar üzümə gözlərindən, ah,Bilməzmişəm bunun səbəbi mənmişəm mən, ah!Dərya qədərdi dərdi qəmi, acdı ailə,Bir al günəşli gündüzə möhtacdı ailə.Yalnız, anam deyildi bu Təbrizdə dərd çəkən,Zindandı öz oğullarına bağrı qan vətən.Ulduzlar, Ay, Günəş aça bilsəydi dil əgər,Dünyaya eyləyərdi hekayət nələr, nələr...Qəmlərlə, ehtiyacla tamamlandı hər ilimTəbrizliyəm, mən azəriyəm, odludur dilim.Ondan da odludur ürəyim, çünki varlığım,Saf ilk məhəbbətim, əməlim, bəxtiyarlığımTəhqir olundu, hey coşaraq dalğa-dalğa mən:– Üsyan gərək! – dedim güvənib doğma xalqa mən.Hicrilə, ey bu qəlbimi hər gün dələn gözəl,Hər an nəzərlərimdə mənim yüksələn gözəl,Sən də bizim həyətdə gəlib qəmli dünyaya,Zülmət otaqda bənzədin hüsnünlə bir aya.Oldun mənim uşaqlığımın dostu, ortağı:Bir yerdə oynadıq, böyüdük... bir səhər çağıÇıxdıq səninlə gizlicə ilk dəfə sahilə,Gəzdik ayaqyalın, başaçıq birgə, əl-ələ.Gördükcə mən sularda sənin canlı əksini,Sahildəki ağacların ətrafında rəqsini,
Birdən ürəklənib sənə bir kəlmə söylədim;Güldün, sənin təbəssümünə nəğmə söylədim.Artıq bir adət oldu bizə xoş gəzintilər.Qalxıb günəşdən öncə yatağımdan hər səhər:– Qalx, gün doğur, oyan! – deyə, mən səslədim səni,Hər an uğurlu kölgə kimi izlədim səni.Çıxdıq təbiəti yenə də seyrə birgə biz,Ağ günlərin vüsalına bağlandı qəlbimiz.Sevdim təmiz ürəklə səni, güldüm, ağladım,Bir dost kimi bu sevgini qəlbimdə saxladım.Addımbaşı mənim dilimin oldun əzbəri,Gəzdik həvəslə qol-qola biz iydəlikləri.Hər gün ağac kötüklərinə qazdım ismini,Çəkdim məhəbbətimlə xəyalımda rəsmini.Baxdıqca biz çiçəklərə, baxdıqca güllərə,Lənət dedik ürəkdən ağır, qanlı illərə.Gülməzsə gəncliyin üzü, güllər gülərmi heç?Gülməzsə el, ürəklərdəki tellər gülərmi heç?Baxdıqca öz həyatımıza, söylədik: – Yetər,Aclıq, ölüm, ürəkləri al qan edən kədər!..Əfsus... daşürəklilərin daş baxışlarıYağdırdı gözlərindən elin qan yağışları.Dolduqca sən yaşa, bəli, dolduqca mən yaşa,Var səslə söylədik: – Ey ana, ey vətən yaşa!Doğdu könüldə şerə həvəs, şair oldum, ah...Etdim əlimdə şeri döyüşlərdə bir silah.Qəlbimdə hər nə varsa, bütün doğru söylədim,Mən haqqa-haqq, oğruyasa-oğru söylədim.Şair gərək ki, baxmaya zindana, məhbəsə,Qul tək boyun da əyməyə ömründə heç kəsə.Səttar xanın məzarına and içdim ər kimi,Ellər də verdi səs səsimə, bir nəfər kimi.İşgəncələrlə keçdi fəqət gəncliyim mənim,Yadlar əlindən olmadı bir dincliyim mənim.Çox da sevinmədim öz həyatımda gülmədim,Lakin o qan soranlara əsla əyilmədim.Yurdum, elim bu yolda qanad verdi şerimə,Heyhat!.. Sığmadı vətənin dərdi şerimə.
Xalqa səadət istədim, hürriyyət istədim,Yurdun şərəfli qızlarına hörmət istədim.Gördüm qoşun-qoşun mənim arxamca el gəlir,Zindanları uçurmağa bir canlı sel gəlir.Keçdik hücuma - xalqı soyan müstəbidlərə,Qandan qızardı lalə kimi dağ, çəmən, dərə.Cəlladlar aldı dövrəmi bağrımda bir yara,Baxdım ümid ilə döşü qartallı dağlara.Səndən ayırdılar məni, zindana saldılar,Heyhat!.. İlk məhəbbətimi məndən aldılar!Zindanda tez büküldü belim gənc ikən yaşım,Qar tək ağardı, istəmədən mən, bu dik başım.Ay, il dolandı, çıxdım o cəhənnəmdən, ey pəri,Aldım sorağını ərə getmişsən, ey pəri.Aclıq döyüb sizin qapını... Sonra ailən:– Olmaz, deyə, bizim bu qızın yarı hər yetən, –Vermiş səni, sən istəmədən, varlı ərbabaMirvari tək o göz yaşını düzmüsən sapa,Boynundan asmısan, gözəlim, bir cehiz deyə;Fəryad qoparmısan – hanı ilk eşqimiz! – deyə.Təqsir mühitdədir; sənə, ah, mən nə söyləyim,Nakam məhəbbətə nə sayaq çarə eyləyim?Öz dərdimi mən ağ kağıza qanla yazmışam,İlk eşqimin məzarını qəlbimlə qazmışam.Sənsizliyin əzabını çəkdikcə, sevgilim,Bir əsrə çevrilir duyuram sanki hər ilim.Mən cəbhədən qaçan deyiləm son nəfəsdə də,Susmaz dilim, inan, yaşasam dar qəfəsdə də.Sən qəm yemə, gözəl mələyim, böylədir zaman,Arzum budur ki, hüsnünü soldurmasın xəzan.Qəlbində mən, qolunda ərin, sür həyatını,Ulduzlar, Ay, Günəş bəzəsin kainatını.Mənsə, qarış-qarış gəzərək doğma ölkəmi,Arxamca hey sürükləyirəm dərdli kölgəmi.Qəlbimdə sən, qolumda nə bir qız, nə bir qadın:Od yağdıran dilimdə: azadlıq, sənin adın!
Yanvar 1948
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-nakam-mehebbet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən könlümə həmdəm səni sandım.Saymazyana keçdin göz önümdən,
Ürəksiz getməSevdiyin gözəlin ilk görüşünəSən çalış əliboş, çiçəksiz getmə!
Qoy sevməsinKüsdü yar məndən, nəhayət, sevməyir qoy sevməsin,Eyləməz könlüm şikayət, sevməyir qoy sevməsin.
Yazmışam adınıSöyləmə, sevgilim, vəfasız mənə,Mən ki, yad edirəm hər zaman səni.