Gülbahar
– Danış, danış, Gülbahar,– Olum tanış, Gülbahar,Dərdlərinə yaxından.Səni udan bu zindanYıxılmazsa kökündən,Dərd getməz ürəyimdən.Danış bir-bir, dinləyim,Kaman kimi inləyim...Ağlama, yazıq bacım,Gün doğur artıq, bacım,– Qardaş, qulaq as, deyim,Nədir bu dərd, yas, deyim.Sinəm yaradır, yara,Günüm qaradır, qara...Nə haqqım, nə səsim var,Dəmirdən qəfəsim var.Dərdim uca dağ kimi;Solğun bir yarpaq kimiKüləklər əsiriyəm,Bəxtsizlərdən biriyəm...Bir zaman çox gözəldim,Hər gözəldən əzəldim;Azdı könlümün dərdi,Qızlar baxıb deyərdi:– “Qızılgülün yarpağı –Bu dilbərin yanağıQədər gözəl deyildir.Bu qız bir dəstə güldür!..”Böyüdükcə anladımNədir mənim həyatım.Gördüm, yaman gündəyəm,Sanki bir sürgündəyəm.Dövrəmiz qan ağlayır,Bulud, duman ağlayır.
Gecə çıraq sönəndə,Atam evə dönəndə,Sevinərdik, yatmazdıq.Qəm-qüssəyə batmazdıq.Od tutub alışardı,O, bizə danışardı:Bugünkü sürgünlərdən.Gələcək ağ günlərdən.Gözümüzü yumardıq,Biz də bir pay umardıqO gələcək həyatdan,Bəzəkli kainatdan...
Bir gün tutuldu atam,Buna dözərmi adam?!Batdı dəryada gəmim,Çoxaldı dərdim, qəmim.Tüstüsüz yandım oda,Bu aha, bu fəryadaQulaq asan görmədim;Mən bir insan görmədimKi, etsin bizə kömək.Yağ tək əridi ürək...Anam düşdü yatağa,Döndü solğun yarpağa.Əridi bir şam kimi,Qərib bir axşam kimi.Dərdimizi çəkən çox,Qapımızı döyən yox.Yox ümid, yox təsəlli,Qışın amansız yeliQılınc çəkib qudurdu,Astanamızda durdu.Ana xörək istəyir,Qardaş çörək istəyir...Satdıq evdə hər nə var,Elə bildik yenə var..
Dad əlindən, ey fələk,Rəvamı ki, bir mələkÖlsün acından, ölsün?!Görüm, gözün tökülsün!Buna dözərmi ürək –Bir parça qara çörəkGöz yaşıyla tapıldı,Mənliyimiz çapıldı.Anam gələrək dilə,Dedi: – “Qız, məni dinlə;Əbəsdir həkim, dərman,Həyatıma yox güman...Məni bu öskürəklərO dünyaya sürüklər...Şirin şeydir yaşamaq,Heç yaşamadım ancaq.Həyatı vurdum başa,Mən ölürəm... Sən yaşa!..”Bu sözdən sonra yazıqGözünü yumdu artıq.Qopardım nalə, fəğan,“Anamız öldü, aman!”Deyib, birdən bayıldım,Bir gün sonra ayıldım...Qıyıb o gül bədənə,Sarıdılar kəfənə.Örtdü üstünü torpaq,Peşəm oldu ağlamaq.Adım çağrıldı yetim,Yamandır ölüm-itim...Hara gedim, hara mən?Həsrətəm bahara mən.Aclıq döydü qapını,Ürəyimin sapınıAz qaldı qırsın əcəl,Mənə yas qursun əcəl.Qan ağladı gülüşüm,
Bütün tanış-bilişimMəni tanımaz oldu.Dostum matəm, yas oldu.Bəlaya düşdü başım,Məndən kiçik qardaşımQapı-qapı diləndi.Göz qapaqları endi.Ömrümə vurdum yamaq.Ah... bumudur yaşamaq?!Bir iş yox, işə gedim,Mən talesiz nə edim?!Qış getdi, bahar gəldi,Dünya mənə dar gəldi.Qonşular yığıldılar,Mənə çarə qıldılar.Zorla ərə verdilər;Çox pis yerə verdilər.Qaynanam söydü məni...Ərimsə döydü məni.Sevdiyi tiryək, qumar,Onda qoymadı tutarEvə hey sərxoş döndü;Cibləri bomboş döndü;Bircə üzüyüm vardı,Anamdan yadigardı, –O da getdi qumara...Mən günü, bəxti qaraDüşdüm çarəsiz dərdə,Qaldım quru bir yerdə.Gözlərim kölgələndi,Elə bil, qan çiləndiSevdiyim çiçəklərə.O dilsiz, kar göylərəUcaldı hər gün ahım.Nəydi mənim günahım?!Günüm kömürdən qara...Ah... bu ömürdən qaraBir ömür görmədim mən.Yaşla doldu gözlərim,Mənim bişərəf ərimBir gün dedi: – “Get, satıl,Ümumxanaya atıl,Ödənsin ehtiyacım,Sənsən çörək ağacım!”Lal oldum, döndüm daşa,Onu düşüncə başa,Sellər kimi köpürdüm:Üz-gözünə tüpürdüm.Dedim: “Hardasan, əcəl?Tez ol, imdadıma gəl!”Coşdu, qızdı bu zaman,Söyüş yağdı ağzından.Birdən üstümə cumdu –Bu sonuncu hücumdu.Heç bilmirəm ki, haçaqƏlimə keçdi bıçaq,Alovlandım od kimi,Şimşəkli bulud kimiÜzərini qapladım,Ürəyinə sapladımO dil bilməz bıçağı,Ev oldu qan çanağı.O bələndi al qana,Mən atıldım zindana...İndi sən söylə, qardaş,Ürəyin deyildir daş,Müqəssir odur, ya mən?!Razı olma ki, düşmənMəni burda saxlasın,Tapdasın, ayaqlasın...Yardaşım, məni dinlə,Müqəssir kimdir, söylə?!
Dedim: – Mühitdir, bacı,Ağlama acı-acı!Səninkidir gələcək...Gözəl günlər gələcək,Sevincindən ağlarsan,Sellər kimi çağlarsan.Bir qədər də döz, bacım,Öz bacımsan, öz bacım...Gec-tez dəyişər həyat,Gülər bütün kainat.Qırılar dəmir qəfəs,Alarsan azad nəfəs.Qanad açarsan sən də,Quş tək uçarsan sən də.Bəxtinə doğar günəş,Əlini sıxar günəş.Gözəl günlər görərsən,Sən də həyat sürərsənAzad bir insan kimi,Şair Süleyman kimi!
Təbriz, 10 fevral 1942
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-gulbahar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məndən soruşursunuz: – De görək bu yaşındaSəbəb nədir yorulmur qələmin iş başında?!
Kaş görəydi bu günləri...Ən müqəddəs məbədiydi vətən Vaqifin,Şair könlü bülbül kimi ötən Vaqifin.
Yaxşı ki varamAzərbaycanımda yaxşı ki, varam,Söz gülüstanımda yaxşı ki varam.
Bahar ürəyimdədirBu əvəzsiz, bu gözəlDiyar ürəyimdədir.
Başqa şairlərin şeirləri
Billah, ey sərvi rəvan, durgil səhər, gül şən degül,Gün yüzün şəmi önündə ta gülə gülşəndə gül.
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
OlmayaDüz ola ürəklər, saf ola qəlblər,Oğurluq, əyrilik, yalan olmaya.