Həyatda parolun, əziz Günəşim.Vicdanın, namusun, qeyrətin olsun.Ağsaqqal babanın dediyi budur,Çalış el içində hörmətin olsun.

Qızın, qəlbimdəki odumla mənim,Baş çək könüllərə adımla mənim.

Qarşımda əsgərtək addımla mənim.Zirvələr aşmağa qüdrətin olsun.

Könlünü anamız vətənə bağla,Haqsızlıq gördünmü tapda, ayaqla.Mənim sözlərimi yadında saxla,Bu uğurlu yolda cürətin olsun.

Dosta məhəbbəti babandan öyrən.Düşmənə nifrəti babandan öyrən.Məzəli söhbəti babandan öyrən,Hər evdə, hər yerdə, söhbətin olsun.

Uyma göz aldadan bərbəzəklərə,Varlanmaq fikrini ver küləklərə.Qovuş arzulara, xoş diləklərə,Müqəddəs amalın – sərvətin olsun.

Günəşim, könlümün səsini eşit,Süleyman babanın sözünü eşit.Nə qədər ki, sağdır, özünü eşit,Məni eşitməyə minnətin olsun!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri