Göydə bulud lal keçər,Axar sular dayanar.Oxuma, şeyda bülbül,Ceyran qızım oyanar.Laylay, beşiyim laylay,Evim, eşiyim laylay.Qayalarda sürünür,Yenə səhər dumanı,Şirin yuxu yat, qızım,Olum gözün qurbanı.Laylay, beşiyim laylay.Evim, eşiyim laylay.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar