Qız işığı
Gecələr şam kimiƏriyib keçir...Beşikdəki gül balamÖmrümün çiçəyidir.
LaylalarYayılar,Yatmaz analar...
Üzə bax,Gözə bax,Yerdəki ulduza bax...Gül qıza bax.Körpə qızım, bir sözə bax:Nabatlar şirin olar,Övladlar şirin olar,Bəzəyim, yaraşığım,Ey qız işığım.
Gözlərin güləndəNərgizlər gülər.Gül üzünün nurundanDan şəfəqi sökülər,Dur, qızım,Nur qızım,Tale ulduzum...
Gün keçər, il keçər,Sən böyüyərsən.Zərrin taclı göylərinQapısını döyərsən,Duzlu qız,Nazlı qız,Qəlbi nazlı qız...
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-qiz-isigi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Nədir ürəyimi burda incidən? –Çimərlik qapqara, sahil natəmiz.
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
GəlinSaldı ol qönçə dəhanın məni sevdaya gəlin,Necə ki gül yanağı bülbülü qovğaya gəlin,
Şərəfnamə, fəsil 11Aç dehqan küpünü, sən ey saqi, dur,Badəmə şəkərdən şirin mey doldur.