Fəsillər qarışmış biri-birinə
SahildəQızılgül kollarıqönçə-qönçə.Açılırlargünəşin ana dodağındanşəfəq içincə.Az qala Qara dənizəqızılı şüası düşür güllərin.Rəngdən-rəngə çalırbağça-bağ.Nə qəribədir bu yerlər,nə qəribədir bu torpaq.Ağaclarda heyvalar saralır,Tək-tək ərik də var hələ.Səhər bahar günəşi doğurgündüzisti yandırır adamı,axşam yağış yağırçəmənə, çöləBir gündə həm bahar olur,Həm yay, həm payız.Fəsillər intəhasız.Badam, iydə ağaclarıbardan başlarını yırğalayırağır-ağırİydələrdən küçə-küçə,bağça-bağça ətir yağır.Ey gözümün ilk ovu ağaclar,Mən sizi harda axtarırdım,gör harda çıxdınız qarşıma.Yəqin,bu görüşə sevinib siz dənoğul yerinə iydə səpirsinizbaşıma,Badam ağacları,badamı gözlü Təbriz gözəlləriyadıma düşdü mənim.Bu yerlərin fəsilləritəkQarışdı bir-birinə fikirlərim.Eh, nə deyim sizə,qorxuram həsrətli hekayətimdərd ola ürəyinizə.Axı kim bilir,Hələsiz nə qədər ömür edəcək,ətir saçacaqsınız bu sahilə.Kim bilir –bu dəniz qoxulu torpaqdanə qədər qızılgüllər bitəcək,zanbaqlar, nilufərlər açacaqləçək-ləçək.Kim bilir –nə qədər şirin xatirələrdəyaşayacaqsınız zaman-zaman.Hələ nə qədər nəğmələr qopacaqQara dənizin dodaqlarından.Hələ nə qədər hücum edəcəkşıltaq ləpələr.Sahildəayaq izlərimdən qalmayacaqnişan, əsər.Fəqət
təzə izlər görünəcək,yüz-yüz, min-min.Hər yerdə belədir qanunhəyatın, təbiətinTəki günəş doğsunxəzansız keçsin həyat,Torpaq bar versin təzə-təzə.Təki günəş doğsun –qızılgüllərinqızılı şüası düşsünQara dənizə.
Kitabxana.az · https://kitabxana.az/works/medine-gulgun-fesiller-qarismis-biri-birine
← → düymələri ilə keçid, R — təsadüfi şeir