هر دم از تیر توام بر سینه صد روزن بود
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
هر دم از تیر توام بر سینه صد روزن بودچون زره گر سینه چاک من از آهن بود
Var bu sinəmdə oxundan yüz yara hər dəm mənim,Sineyi-çakim olub sanki dəmirdən cövşənim.
سر بود بر خاک بهر سجده شکرم مدامگر سر کویت پس از مردن مرا مدفن بود
Səcdeyi-şükr eyləyərdim torpaq üstündə müdam,Mən öləndən sonra olsa kuyi-canan mədfənim.
بی تو ای جان گریه ام تسکین نمی یابد دمیشمع چون من نیست او را گریه تا مردن بود
Şəm ölüncə ağlayar, yoxdur mənimlə nisbəti,Sənsiz ölsəm də, kəsilməz bir dəqiqə göz nəmim.
نیست تار شمع را بی شعله آتش فروغبی غم لعلت نمی خواهم رگی در تن بود
Olmasa atəş əgər, şəmin olarmı şöləsi,Olmasa sevdiyi-eşqin, canı neylərdi tənim?
شهره دهرست مجنون در ملامت لاجرمهر که باشد مبتلای چون تویی چون من بود
Məcnun öz eşqilə şöhrət tapdı, ancaq, sevgilim,Kim səni sevsə, bilər onda nədir halım mənim.
سوی گلشن باغبان بیهوده تکلیفم مکنکی مرا دور از سر کویش سر گلشن بود
Bağiban, etmə mənə təklif gülşən seyrini,Yoxdur aləmdə onun kuyindən özgə gülşənim.
Məqtə — şairin təxəllüsü olan son beyt. از فضولی کاش نگذارد نشان سودای دوستتا به کی آماج تیر طعنه دشمن بود
Məqtə — şairin təxəllüsü olan son beyt. Dostumun eşqi, Füzuli, qoymasın məndən nişan,Bəsdir ox vurdu mənə tən ilə hər dəm düşmənim.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-160
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kuhkəndən gözükür kuhdə asar hənuz,Ol nə bənzər mənə, onun əsəri var hənuz.
Getdi əldən sənəmin sünbili-mişkəfşaniGetdi əldən sənəmin sünbüli-mişkəfşani.Yenə dövr etdi pərişan məni-sərgərdani.
Gecələr ta halimə gərdun təmaşa etmədiGecələr ta halimə gərdun təmaşa etmədi,Tərk edib bidadını, bir mehr peyda etmədi.
Gəlir ol sərvi-səhi, ey gülü lalə, açılınGəlir ol sərvi-səhi, ey gülü lalə, açılın!Vey məhü mehr çıxın, qüdrətə nəzzarə qılın!