نکویی گرد بادست این که بر من خاک میبارد
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
نکویی گرد بادست این که بر من خاک میباردسرود ناله من خاک را در رقص میبارد
Girdbadın tozu, ey məh, demə örtüb bədənim,Oynadır torpağı da naləmin ahəngi mənim.
چه حاجت من بگویم عذر رسوایی تو رخ بنماترا هرکس که میبیند مرا معذور میدارد
Ehtiyac yox gətirim üzr bu risvalığıma,Töhmət etməz məni hüsnün görən, ey simtənim.
به آزار دل زارم مشو مایل که در شبهابه آه و ناله طبع نازنینت را نیازارد
Olma mail bu sınıq könlümü incitməyə gəl,Səni incitməyə ta naleyi-beytül-həzənim.
تو آتشپاره من خار و خس قرب تو چون خواهمچه رنجم از رقیب گر مرا پیش تو نگذارد
Sən bir od parçası, mən xarü xəsəm, incimərəmOlmasa razı rəqibim ola kuyin vətənim.
دلم تا زنده باشد کار او این بس که هردم جانز لبهای تو بستاند به چشمان تو بسپارد
Nə qədər sağdı könül inciməz, ey nazlı nigar,Dodağından can alıb, gözlərə can versə tənim.
نمیدانم چه بختست این که دل در مزرع هستیندارد بهره غیر از تأسف هرچه میکارد
Necə taledi bu ki, varlığımın tarlasınaHər nə əkdimsə, kədər-qüssə bitirdi çəmənim.
Məqtə — şairin təxəllüsü olan son beyt. فضولی گرد کویش میکند شب تا سحر افغانبه امیدی که او را از سگان خویش بشمارد
Məqtə — şairin təxəllüsü olan son beyt. Gəzir əfğanla Füzuli səri-kuyin gecələr,Qapısında onu bir qul sana şirinsüxənim.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-159
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ya mən əhatə elmükəl-əşya’ə külləha,Nə ibtida sənə mütəsəvvir, nə intəha.
Ya Rəb, həmişə lütfünü et rəhnüma manaYa Rəb, həmişə lütfünü et rəhnüma mana,Göstərmə ol təriqi ki, getməz sana, mana.
Ey mələksima ki, səndən özgə heyrandır sanaEy mələksima ki, səndən özgə heyrandır sana,Həq bilir insan deməz, hər kim ki, insandır, sana.
Aşiyani-mürği-dil zülfi-pərişanındırAşiyani-mürği-dil zülfi-pərişanındadır,Qanda olsam, ey pəri, könlüm sənin yanındadır.
Başqa şairlərin şeirləri
Badi səba,tərəhhüm elə binavalərə,Arzum yetir vətəndə olan aşinələrə.
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
BilməsəydiDövran edərdi dövrün, rəftar bilməsəydi,Gündə günah edərdim, qəhhar bilməsəydi.
Türkinin kim, qəsdi cani-natəvan qılmaqdadurTürkinin kim, qəsdi cani-natəvan qılmaqdadur,Qoymagil kim, məst olub hər guşə qan qılmaqdadur.