ز رنگ اشک دانستم که بی لعلش جگر خون شد
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
ز رنگ اشک دانستم که بی لعلش جگر خون شدنشانم کس نداد از دل ندانم حال او چون شد
Qanlı göz yaşım sübut eylər, ciyər pürxun olub,Bir deyən yoxdur nədən könlüm belə məhzun olub.
بفرقم موی ژولیدست یا آن زلف را دیدممرا از غیر سودایی که در سر بود بیرون شد
Tüklərim julidə oldu zülfünü görcək sənin,Çıxdı hər sevda başımdan, qəlb ona məftun olub.
نمی دانم که بر تو عاشقم عشق اینچنین بایدکمالی نیست مجنون را اگر داند که مجنون شد
Aşiqəm mən, bilmirəm lakin nədir sevdayi-eşq,Yox kamalı məncə, Məcnun bilsə gər məcnun olub.
ز اشک من مکن نفرت مکش دامن که خونست ایننه خونابیست کز عکس گل روی تو گلگون شد
Göz yaşımdan etmə nifrət, çəkmə gəl, damanını,Qan deyil bu, gül üzündən göz yaşım gülgun olub.
چرا سرگشته ام زینسان مگر سر رشته آهمکه مربوطست با من بسته بر دولاب گردون شد
Mən neçin sərgəştəyəm atəşli ahimlə, məgərBağlıyam əflakə, guya rəhbərim gərdun olub.
مگر شد ذره ذره نور چشمم صرف رخسارتکه نور چشم من کم حسن رخسار تو افزون شد
Gözlərim nuri məgər sərf oldu gül rüxsarinəKim, onun nuri azalmış, hüsni-yar əfzun olub.
Məqtə — şairin təxəllüsü olan son beyt. فضولی دسترس گر یافتم بر وصف آن قامتسبب توفیق ادراک بلند و طبع موزون شد
Məqtə — şairin təxəllüsü olan son beyt. Gər əlin çatmış, Füzuli, vəsfinə ol qamətin,Ol səbəbdəndir ki, təbin daima mövzun olub.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-161
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Leyk o sabit dayanmış, sən gəzərsən hər yeri.
Məhi-dəllakim olub ayineyi-əhli-nəzərSeyd edir ayinə tək hər kəs ona baxsa əgər.
Günəş çox torpağa düşdü ki, nur alsın yanağındanNəsibi olmadı öpsün sənin tozlu ayağından.
Bağban, yarın boyu xoşdur mənə şümşaddanTərbiyət almaq fəqət mümkündür istedaddan.