Od nə çəkdi,küldən soruş!Baş nə çəkdi,dildən soruş!İşə susuz barmaqlarınkədərini insan bilir.Nəğmələrin həsrətinibir qırılmış teldən soruş!Ömrün çətin yollarındadaşa ləpir salsa ayaq,gün nə çəkdi,ildən soruş!Zülmətliyin möhnətinikor söyləsin!Bəm xalların fəryadınızildən soruş!

Mən kölgəsiz bağ görmədim,El dərdi tək dağ görmədim.Gözlərimi yumub açdım,Neçə dostu sağ görmədim.

Nələr çəkdi çaylaq daşı,seldən soruş!Yollar uzun, mənzil uzaq.Sərt daşlara dözmür ayaq.Dözsün gərək.Dözsün gərək.Kim zirvəyə qalxar, deyin,yollar boyu hər pilləni,birgünləri, yüzilləriqəlbimizlə,beynimizlə,ömrümüzlədoldurmasaq.

Mən yolçuyam,Mən yoldayam.Od nə çəkdi,küldən soruş!Hansı şerim,hansı sözümyaşayacaq məndən sonra?Mən bilmirəm,eldən soruş!

Bakı, yanvar, 1964

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri