Din, ümid, inam
Babam müsəlman idi,nənəm də,uşaqlıqda mən də.Ancaq mən,mənasını bilmədən,inanırdım o dünyaya,inanırdım cənnətə, cəhənnəmə,Allahın hər şeyə qadir olduğuna.Bəzən unudub cənnəti, cəhənnəmi,düşünürdüm uzun gecələr;“Nənəm cəhrəni incidir, yoxsacəhrə nənəmi?!”Cənnətə marağım çox idi.Çünki gördüyüm həyatıngörmədiyim cənnətə bənzərbir şeyi yox idi.Cəhənnəm... o başqa məsələ.Quyruqsuz şeytanları demirəm hələ.O dünya çox düşündürürdü məni.O qədər ki,bəzən ölmək istəyirdim:görüm o dünyada nələr var.Ancaq “ölüm adamı çox incidir” deyəməni qorxudurdu uşaqlar.
Böyüdükcə dinə bələd oldum.Riyakarlığa,mənzilsiz, müddətsiz vədələrə,və mütiliyə qarşıqəzəblə, nifrətlə elə doldum,birgünlük yoldanaydın görürdümvəzlərin yalanını.Etiqadımın yarısıuşaqlıqda itdi, batdı,gənclikdə tulladım getdi qalanını.Bilmirəm, əvvəlkindən yaxşı oldum,ya pis oldum.Axır ki, oxuyub, öyrənibəməlli-başlı ateist oldum.Mən həmişə ümidlə yaşamışamuşaqlıqda da, böyüyəndə də.Ana döşündən süd əməndə də,quru çörək yeyəndə də.Ümidim böyük də olub,balaca da.Gah bir döşünü sorub anamındoymayanda,o biri döşünə ümid bağlamışam.Gah məktəbdə imtahan qiymətimi,dərzidən novruz köynəyimi,sevdiyim qızdan məktubgözləyib ağlamışam.Gah ümidim böyük olub,uzaq olub.Yer üzündə səadət,ana diliminən gözəl şerini yaratmaq,insan qardaşlığıvə bu kimi...Bəzən doğrulub,bəzən qırılıb ümid.Düşünmüşəm:ümidim doğruldu, kim oldum?!Doğrulmamış kim idim?!Bəzən susub könül.Ömrün toranlığı içində,əlçatmaz, ünyetməz,uzaq bir mayak kimi,yanıb, sönüb ümid.İstər köksünü parçala,istər qəlbini did!Arzulara səs verməyib ümid.
Din belə.Ümid elə.Bəs inam?İftixarla demişəm:mən insanam!İnam – qanad!İnam – məqsədli həyat!İnam – qüdrət!İnam – sahilsiz məhəbbət!İnam ümidim olub,dinim olub.Nə fərqi var,inandığım nə olub, kim olub.Din!Yaxşısını, pisini anlayıbözüm ayrılmışam ondan.Ümid!İntizarda qoyub məni çox zaman.Qaldı ki, inam!Yox, yox, əzizim,səndən ayrılmaram!
fevral, 1962
Kitabxana.az · https://kitabxana.az/works/resul-rza-din-umid-inam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
حور بهشتی ملکی یا پری
Qəzəl: Ey dost, mən buyurduğuna qoymuşam boyunEy dost, mən buyurduğuna qoymuşam boyunGər istərsən bu köynəyi məndən buyur soyun
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Dəllək... nski küçədə Qarı nəvəsi Cuqqulu dəllək dükanını açıb, bir azdan sonra dəllək dükanı da səhvən dönüb olub qumarxana. İmdi əgər Cuq¬qulu qumar oynatmasa, şətəl pulu cibindən çıxacaq. Əgər oynatsa, dəlləkliyi yaddan çıxacaq. Odur ki, həmi qumar oynadır, həmi baş qırxır. Deməli, hər barədə də qırxır.(Hələlik qulaq verin)