Babam kimi və bu günlü adam kimi
Mənim də babam kimi iki gözüm var.Onun gözləri qaraydı,mənimki ala!Onun əlləri qabarlı idi,mənimkilər mürəkkəblə boyalıdır.Babamın ən uzaq mənziliZərdab kəndi idi.Mənim yaxın mənzilim –Moskva, Vyana.Babam arxalıq geyərdi,mən müasir kostyum geyirəm.Babam lailahəilləllah deyərdi,mən mübarizə deyirəm,azadlıq deyirəm.Babam da şeri sevərdi,mən də sevirəm.O, Qumrunu, Racini sevərdi,mən Füzulini, Sabiri.Nə o bu günün adamı idi,nə mən o günün.Həyatda hər şey kimiadətlər, vərdişlər dədoğulur, ölür, doğrulur.Babam öz vaxtının oğlu idi,mən öz vaxtımın oğlu.Babam avam idiindiyə görə.Mən avamam sabaha görə.Ay tutulanda vahiməyə düşərdi babam.Mən Aya adam göndərəcəyəmbaxsın görsün nə var, nə yox.Mən də dinclik, əmin-amanlıq sevirəmbabam kimi.Ancaq, ümidim nə göylərədir,nə möcüzəyə.Əl qaldırmıram yuxarı,“Ya rəbbi, sən bilən yaxşıdır” deyə.Silahım var –ən modern tipli.Göydə tünlükdürYerin hər iki üzündən qalxan peyklərdən.Babam qoçaq idi.
Yaxşı tüfəng atardı.Bir koldan qalxan,sağa-sola millənən turaclarınvurardı ikisini də.Hayıf! Hayıf! – deyərdibir çimdik barıta,bir dənə qırma itkisinə də.Mən də ovçuluqda mahirəm,atdığımdan dəyəni çox olur.Ancaq ovçuluq deyil peşəm.Sərrast atıram deyənahaq qan tökməmişəm.Hesablayıb mərmininuçuş əynəmini,topu elə ataram ki,təpə dalında hədəfə dəyər;qələm alıb rəqəmləriyerbəyer düzsəm əgər.Babam gözünə güvənirdi,mən elmin sözünə.Babamla çox oxşarımız var:bir çox da oxşarsızlığımız.Onun öz dünyası vardı:qənaətləri, ehkamları,anlamları, dəbləriylə.Mənim öz dünyam var:elektron maşınları,səsdən iti sürəti,əlacsız dərdlərə – dava-həbləriylə...Mən budağam,babam gövdə.Yaşamışıq, yaşayırıq, yaşayacağıqDünya adlanan,bu darısqal evdə.Bəlkə aydın demədim.Bəlkə dolaşıq yazdım.Babam olmasaydı,mən də olmazdım.Ancaq qala bilmərəmbabam kimi.Gələcək günlərə aparmalıyammürəkkəb əsrimi.
Kitabxana.az · https://kitabxana.az/works/resul-rza-babam-kimi-ve-bu-gunlu-adam-kimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir