Laylalar
“Layla dedim yatasan...”Qulaqlarımdauzaq-uzaqdan gələnbu səs,Bir də inqa-inqa beşiyinbir səsli cırıltısı,bir də ala-bula pişiyinyumşaq xorultusu.“...Qızılgülün içindəşirin yuxu tapasan...”Anamın ara-sıra gələnyorğun əsnəməyi.“Layla, körpəm, a layla!Allah səni saxlasınçiçəkdən, qızılcadan...”Günlər keçdi,illər keçdi,sıra-sıra;gah mülayim,gah qasırğa.İndi nə çiçəkdən qorxuram,nə qızılcadan,nə damdabacadan.Ancaq qoruna bilimucuz tərif laylasından,arxayınlıq pasından.
Bakı – Göyçay, 1977
Kitabxana.az · https://kitabxana.az/works/resul-rza-laylalar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Naz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Mürşidi-kamildən dərsimi aldımMürşidi-kamildən dərsimi aldım,Can götürüb bu meydana gəlmişəm.
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,