İti yazan qızlar
Salon adamla dolu.Naxışlı xalıyanıyla döşənibprezidiumun yolu.Kiçik masa arxasında oturduiti yazan qızlar.Masa üstündə ucu qəddənmişneçə qələm,neçə varaq kağız.Natiqlər qalxdı kürsüyə.Natiqlər düşdü kürsüdən.Kimi yeni maşınlardan danışdı,kimi məhsuldan,kimi balıq kürüsündən.Qızlardan ikisi yazdıalnında damcı-damcı tər.Biri oturdu bekarqarşısında yonulmamış qələm,yazılmamış vərəqlər.Saatlar keçdi yeyin-yeyin,saatlar keçdi ağır-ağır.Qızlardan ikisiyazdı, yazdı, yazdı...Biri gözü natiqlərdəəsnədi, əsnədi, əsnədi.Bu rüsvayçılıq deyil,bəs nədi?
22 yanvar 1967
Kitabxana.az · https://kitabxana.az/works/resul-rza-iti-yazan-qizlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir