Ay eloğlu, biz toyuna gəlmişik,Məclisimiz məclislərə calansın.Oyatmaqçün bütün eli, obanıƏvvəl başdan qara zurna çalınsın.

Göy ürgənin ipək kimi yalı var,Onda gəlin aparmağın halı var.Bəy evində neçə xalça-xalı var,Deyin, onlar toyxanaya salınsın.

El bəzənsin yaşıllara, allara,Xələt salın boyunlara, qollara,Nur səpməkçün gəlin gələn yollaraQoy məşəllər qoşa-qoşa qalansın.

Quzu kimi qoy mələsin balaban,Məclis onsuz keçməz başdan, binadan.Üfüqlərdə ağarınca qızıl danAşıq qardaş ortalıqda dolansın.

Toy ağası, qonaqları başa çək,Bıçaq kütdür, əti kəsməz, daşa çək.Basdırmanı qanlı-qanlı şişə çək,Qoy köz üstə cızıldasın, sulansın.

Cəngiylə bir gumbuldasın nağara,Ara vercək qulaq asaq biz tara.Kim xor baxsa bu adətə – mağaraÖmrü boyu duru suyu bulansın!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri