Yenə gəldim Qarabağa,Dağı mənim, düzü mənim,Sal daşlara naxış vuranKəkliklərin izi mənim.

Bu Əskəran qalasıdır,Neçə dövrün balasıdır,Neçə dövrə qalasıdır –Sirri mənim, sözü mənim.

Qaya susur, qaş oxuyur,Gah zil, gah yavaş oxuyur,İnsan, torpaq, daş oxuyurAğlım çaşıb, düzü, mənim!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən