Ulu dağ
Osmanlının cənnətiymiş Ulu dağ,Göyün yerə minnətiymiş Ulu dağ.
Ətəyində yaşıl Bursa şəhəri,Fatehinin ilk büsatı, son yeri.
Möminlərin, asilərin... millətinArzusu bir: “Bu behiştdə dəfn edin...”
Yüz illərin təkidiylə bu məkan,Bu gözəllik dönüb olub qəbristan.
Bir tərəfdən müqəddəsdir vəsiyyət,Bir tərəfdən narazıdır təbiət.
Bir tərəfdə qartal bala uçurur,Bir tərəfdə ovçu ona tor qurur.
Bu torpaqda əsir qalıb Hannibal,Bu torpaqda cavabsızdır min sual.
Behişt olmuş bura qədim sənətə,Məhbəs olmuş bura Nazim Hikmətə.
Sinəsində neçə-neçə dürlü dağ,Bu dərdlərə dözər ancaq... Ulu dağ.
Kitabxana.az · https://kitabxana.az/works/qasim-qasimzade-ulu-dag
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Mahnı. Musiqisi Telman Hacıyevindir)*Axşam... tarla yolu... bir qız, bir oğlan;
Cavabından qorxuramSəhər-axşam biz işə,Evə qoşa gedirik.
Niyə belə şirinsən?(Zarafatyana)*Mən sevmərəm quraqlığı heç zaman,
Gizli sevgiBəzən saatlarla mən düşüncəyə dalıram,Uzaqlara həsrətlə baxa-baxa qalıram.
Başqa şairlərin şeirləri · Vətən
Bizim elin dəliləriGirər meydana mərd olu,
Oğlum Əhməd Tofiqə vəsiyyətimBizim də ölkədə Əhməd, gələr bir oylə zaman,Hüquqa malik olur millət, gülür vətənim.
Dəli könül, gəl əylənmə qürbətdəDəli könül, gəl əylənmə qürbətdə,Bir gün olur vətən deyib ağlarsan.
Uğuldayır dəli yellərUğuldayır dəli yellər, budurÇamur damda.