– Nerelisiz?– Bakıdanam...– Bakıdenmi?!– Ordan, bəli...Baxdı bir an min həsrətlə,Yaylığına getdi əli:– Sayın beyler, efendiler...Akrabamsız sizler benim,Sizler benim...İstanbulda doğulmuşum,Fakat, fakat... Gencedenim,Gencedenim...Orasıdır baba yurdum!Rahm etmedi tale bana,Pek uzakta yuva kurdum...

Açılırdı dərdi qızın,Qəhərlənib sevinirdi,Odlanırdı xısın-xısın,Gah susurdu, gah dinirdi.

Boğulurdu söz deyəndə,Güləndə də ağlayırdı,Qürurunu, təmkininiÇətinliklə saxlayırdı.

Dindirmədim, dindirsəydimO daşardı hönkür-hönkür,Bir üzündən Araz çağlar,Bir üzündən axardı Kür.

Dindirmədim, dindirsəydimBəlkə elə birdən-birəRiqqətindən huşsuz düşər,Bayılardı o biçarə.

Dindirmədim, dindirsəydimDözməzdim heç mən özüm də.Ümmanın ilk qətrəsiydiGilələnən yaş gözümdə...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən