Böyüdün, bərkidi qolun-qanadın,Tay-tuşun içində seçildi adın.“Özüm qurban, – dedi, – nənən dilinə”.Tar çaldın, oynadın, qaldılar heyran.Qızlar oğrun baxdı qıvrım telinə.Evə gec gələndə olduq nigaran.Qapıdan çəkmədim bir an gözümü,Səni hər görəndə tapdım... özümü.

Mənimdi gülüşün, yerişin sənin,Mənimdi hər ədan, hər işin sənin.Payızım səninlə dönüb yaz oldu,Heyif... bu büsatın ömrü az oldu.Məni mənliyimdən qoparan oğul,Gücümü özüylə aparan oğul.Ölüb dirilməyin yoxmuş əlacı,Sənsiz zarıncıyam, bala, zarıncı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri