Şirincə qar yağır, otağım isti,Sən də öz nurunu saç səhər-səhər.Yata bilməmişəm, yatağım isti,Yalqızam, qapımı aç səhər-səhər.

Nə ola, baş verə belə möcüzə,Çevirə biləsən meylini bizə.Qaymaqlı dodağa, şəkərli sözəQalmışam tamarzı – ac səhər-səhər.

Düşə mərhəmətə iradən əsir,Bu tordan çıxmağa olmaya tədbir,Eşqin fərmanına durub müntəzirVerəsən hüsnündən bac səhər-səhər.

Hiddətli gözlərin oynayıb gülə,Daşlar ətəyindən yerə tökülə,Alınmaz qalalar bir-biri sökülə,Yetişə taleyə tac səhər-səhər.

Qoyma tənhalıqda arzum uçuna,Kəkliksən, şikar ol bir yol laçına.Qarışsın ağ saçım qara saçına,Sonra da öldürüb qaç səhər-səhər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri