Gördüm
Düz getdin, rastına əyrilik çıxdı.Dünyada xoş halət görmədin, ustad!Dostların, həmdəmin evini yıxdı,Etibar, sədaqət görmədin, ustad.
Alilər zillətdə, nadanlar kefdə,Yurdsevərlik baha, satqınlıq müftə!..Hökmran əyanlıq, taclıq tərəfdəGüc gördün, dəyanət görmədin, ustad!
Kürün sahilində kükrədin, daşdın,Sevincə bürünüb dərdə qarışdın,Nazlı sənəmlərlə küsdün, barışdın,Heç yerdə sədaqət görmədin, ustad!
Yaman ağır gəldi faciən mənə.Gəzdiyin yerlərin çıxdım seyrinə.Doğma eli gördüm, milləti gördüm.Hər şəhərdə sənə, hər kənddə sənəBitib-tükənməyən hörməti gördüm.Qarabağ – doğma yurd, doğma su, hava,Vaqifli, Zakirli – cəh-cəhli yuvaZirvədən dumanı hey qova-qovaSaxlayır o qədim şöhrəti, gördüm.
Gördüm gözəllərdə hüsnü, vüqarı,Sənin vəsf etdiyin əhdi-ilqarı.Dinəndə Şuşanın şirin qızlarıŞerindən süzülən şərbəti gördüm.
Nəfəsin əritdi qırovu, çəni,Tər çiçək yetirdi şerin çəməni,Bu gecə sübhədək oxudum səni,Vurğuna verdiyin vüsəti gördüm.Sönən duyğuları gətirib cana,Səsin səda salıb cümlə-cahana,Əhsənlər yetirir Azərbaycana,Yaşadıb yaşayan sənəti gördüm...
Kitabxana.az · https://kitabxana.az/works/qasim-qasimzade-gordum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Telefon səsləndi hıçqırtı ilə:“Keçindi güvənci obanın, elin,
Təzə qalar, əziz qalarBalaca Xatirəyə*Zülmət çökdü bir həyətə,
SevilŞair idin – baxışların zillənərdi uzaqlara,Arzuların muncuq kimi düzülərdi varaqlara.
“Təcili yardım” kimiŞəhər tünlük, ləpələnir insan dənizi,Axşam-səhər işdən gəlir, işə gedirik.
Başqa şairlərin şeirləri · Vətən
Şikayətim vardır, fələk əlindən,Fələk, mənə düşmən oldun, ağlaram.
Qəhrəmanın hünəriAdını şeirlə mən alqışladım,Sərv ağacı kimi ucaldı başım.
UnutmaAşıq, gəşt eləyib ağır elləri,El içində namus, arı unutma.
Bağdaş qurub otursa nigarım, fəğan qoparBağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!