Balaca Xatirəyə

Zülmət çökdü bir həyətə,bir həyatasübh çağı.Söndü gözlər,keçdi evin çırağı.Xəstə yatdı ikicə günətrafını süzərək,doğram-doğram doğrandı o,ağrılara dözərək.Əcəl qılınc çəkən zamannə qışqırdı, nə dindi,sinəsini özü örtdü –həyalı bir gəlindi.Əməlləri yarpaq tökdüçiçəklər açılanda,anası köksünü sökdüsübh şəfəqi saçılanda.Qardaşı heç kirimədi,bacıları yaman kürdü...“Balam, laylay...” dedi ata,ər hönkürdü.Zalım taleyer qoymadı o nainsaftəsəlliyə,ağladılar, vaysındılar“nakam” deyə.Axı, nə gün görmüşdü ki...Əyməmişdi şax qəddiniömür yükü.Görməmişdəngünlərinin gözəlini,bəzəməmiştikiləcək mənzilini,sığal çəkib bir şitili bitirməmiş,

qız köçürüb evə gəlin gətirməmiştərk eləmək bu dünyanı... nə yamandır!Tale özü taleləritalayandır!Talesizdən nişan qalar –Nakam, Arzu, Yadigar...Solmazınsa Xatirəsi qalıb bizə,diqqət etsən o körpənin dilindəkihər bir sözə –Solmazındır.İri, qara gözlərinin gur işığı,yaraşığı –Solmazındır.Qüssəsi də, gülüşü də,ədası da, yerişi də –Solmazındır!Solmamışdır, itməmişdironun hüsnü, onun sözü,onun qəlbi, onun ruhu –onun özü!Qüvvə hanı bu qüdrəti itirəsi –nə saralar, nə də solar,tanıyana əziz qalarSolmazın ilk Xatirəsi,Solmazın son Xatirəsi...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri