Bilinməz
Bağdadın libası al-əlvan olar,Baharı xoş keçər, qışı bilinməz.İldə bir neçə yol açılıb solar,Burda gül-çiçəyin yaşı bilinməz.
Yanvarda bu yerə düşsə bir qəribDeyər tale məni hara göndərib?Təbiət çöllərə bir xalı sərib,Torpağı, kəsəyi, daşı bilinməz.
Boldur narıngisi, gülöyşə narı,Uzanır şahildə xurma bağları,Mehriban Dəclənin axar-baxarıGözəldir – ayağı, başı bilinməz.
Gəzdim, ötüb keçdim dönə-dönə mən“Örtülü bazar”dan, “Açıq küçə”dən,Hər yan xəbər verdi “Min bir gecə”dən,Hardadır o quldurbaşı, bilinməz.
Bir qadın oxuyar hey yana-yanaBağdadın özüdür o kövrək ana!Ötən günlərini salıb yadınaAğlayar, gözünün yaşı bilinməz...
Kitabxana.az · https://kitabxana.az/works/qasim-qasimzade-bilinmez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Balaca Xatirəyə*Zülmət çökdü bir həyətə,
SevilŞair idin – baxışların zillənərdi uzaqlara,Arzuların muncuq kimi düzülərdi varaqlara.
“Təcili yardım” kimiŞəhər tünlük, ləpələnir insan dənizi,Axşam-səhər işdən gəlir, işə gedirik.
Xeyirxahın intiqamıXeyirxahın intiqamı yamanmış –Əlinə “girəvə” düşəndə gördüm.
Başqa şairlərin şeirləri
Ellər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
Həsbi-halŞəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar.Qaranlıqdır bana dünya.
Qəzəl: Kuhi-Tur olsa səlabətdə dili-aşiqi-zarKuhi-Tur olsa səlabətdə dili-aşiqi-zar,Duymaya tabi-təcəlliyə yenə Musa var