Çətir ürək
Ananın başına tökülür yağış,Qoynunda rahatca uyuyur çağa.Yamanca sərt gəldi ötən ilki qış,Onda da üstünə qar yağa-yağaKörpəni riqqətlə bağrına sıxdı,Səbirlə gözlədi baharı yenə.Yaz gəldi, nimdaşı əynindən çıxdı,Büründü dumana, büründü çənə.Çətirə bənzəyər ana ürəyi,Açılar hər ləhzə balası üstə.Nəfəsi geriyə qovar küləyi,Gözləri göylərdə, qulağı səsdə...
Vətən didərgini cavan gəlininÇətir ürəyini daş-dolu döydü,Fələstin şöhrətli ərəb elininÖvladı çöllərdə belə böyüdü.Ata gah Beyrutda, gah Qahirədə,Parisdə, Londonda... axtarır yadı.O, gah kabinetdə, gah təyyarədə“Bəni-İsraillə” əlbəyaxadı –Duranda doğmayla yadlar yan-yana,Qovula-qovula o, “namərd” olur.Odur ki, təşnədir namərd qanına,Boşalmış silahı qisasla dolur.Şimşəkli baxışı dönür nizəyə,Əlimyandı gəzir onu bütün gün,Gəzir, Təl-Əvivi salıb lərzəyəDoğma komasına qovuşmaq üçün,Övlad öz kefində, öz damağında,Ulduzlar altında açıb gözünü.Qarğıdan at minib oynamağında,Qayğısız şahzadə sanır özünü.
Nə görüb zavallı? Elə bilir ki,Alaçıq möhtəşəm bir imarətdir.Nə görüb zavallı? Elə bilir ki,Hər xurma peşkəşi bir ziyafətdir.
Nə görüb zavallı? Elə bilir ki,Bir çiçək açdımı – Vətəndə yazdır.Nə görüb zavallı? Elə bilir ki,Cır-cındır paltarı milli libasdır.
“Ana, dərdli ana gizlədib qəmi,Gözləyir əsgəri – can sirdaşını.Qoruyur bəladan bir çətir kimiGələcək dövlətin vətəndaşını!
Kitabxana.az · https://kitabxana.az/works/qasim-qasimzade-cetir-urek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Yuxunu evdən qovubşeirim keçib yerinə,
Dəyər sənəSallana-sallana gedən Salatın,Gəl belə sallanma, göz dəyər sənə,
Ləli-ləbin ki, xəlq deyirlər şərab onaLəli-ləbin ki, xəlq deyirlər şərab ona,Xasiyyəti-şərab tapar yetsə ab ona.
Gizli sevgiSevgimdən qaçmışam uzaq şəhərə,Burda da həsrətin gəlib dayanıb.