Bu arzum da...
Uşaq idim min suallı,Hər istəyim qeylü-qallı.Göylərdə gəzmək xəyalı,Dincliyimə haram qatdı,Qarşıladım bu vüsalı –Bir arzum da başa çatdı.
Cavanlıqdan nə danışım,Od içində artdı yaşım,Yasdan çıxdı can sirdaşım,Həyat alıb ölüm satdıİnsan adlı qan qardaşım –Bir arzum da başa çatdı.
Ömür qısa, dilək çin-çin...Qovrulurdum için-için,Atası şəhid yetiminƏli bir gün aşa çatdı,Taleyindən oldum əmin –Bir arzum da başa çatdı.
Bir igidi yıxdı araq,Əl də üzdü oğul-uşaq...Saatın xoş çağına bax,İçkini biryolluq atdı,
Şadlıq gəldi qucaq-qucaq –Bir arzum da başa çatdı.
İllər ötdü, yaşa doldum,Gah açıldım, gah da soldum,Kül altından çıxdı odum,Oğul nəvəm addım atdı,Ərzi gəzən səyyah oldum –Bir arzum da başa çatdı.
Doymaq olmur təbiətdən,Görməmişdim Bosforu mən.Nağıl meşə, nağıl çəmən...Bu nə aləm, nə büsatdı,Heyran-heyran dedim: “Əhsən!..”Bir arzum da başa çatdı.
Gözlərində sevincdən yaşAraz boyu iki qardaşCar çəkəydi: “Bitdi təlaş –Ayrılığın salı batdı...”Can üstündə deyəydim kaş:“Bu arzum da başa çatdı!”
Kitabxana.az · https://kitabxana.az/works/qasim-qasimzade-bu-arzum-da
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
İlk sözüm qoy bu olsun, gözəldir mənim gecəm,Gecəmin ovcundadır hər meydanım, hər küçəm.
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
Könül, cahanda qəmi-hicri-yarə səbr eyləKönül, cahanda qəmi-hicri-yarə səbr eylə,Nə qədr vursa sənə yar yarə, səbr eylə.
SöküldüAğzın bal dilin şəkər Mahtab,Yenə ciyərimin başı söküldü