İlk sözüm qoy bu olsun, gözəldir mənim gecəm,Gecəmin ovcundadır hər meydanım, hər küçəm.Görünmür tanış-biliş.Kəsilib gediş-gəliş.Yatır arxası üstə asfalt yollar, səkilər,Milyon, milyon insanla görüşəcəkdir səhər.Vurulmuşam gecəmin mən bu gözəlliyinəŞəhər sakitdir yenə.Xəzərin qoynundakı coşqun ləpələr yatır,Beşiklərdə dodağı südlü körpələr yatır.Körpülərdə gəmilər dayanmışdır yan-yana,Sabah düşəcək yola Volqaya, Həştərxana.Yatır zəhmət ordusu, biləkləri dincəlir,Ürəkləri dincəlir.Yatır, yenidən səhər iş başına gedəcək,Qəlbindəki müqəddəs arzusuna yetəcək.Hər tərəfdə bir sükut, sükutun lap yeridir,Sükut mənim gecəmin nəğməsidir, şeridir.Sənə şeir yazmağa qarışdı başım gecə,Bir az da mən dincəlim, əziz yoldaşım gecə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri