Cavab verməliyəm
Mən atayam, sən – oğul, xalqımın qarşısındaHər bir hərəkətinçün cavab verməliyəm mən.Qoy bayrağın yollarda vicdanın olsun, bala,Namusun, qeyrətinçün cavab verməliyəm mən.
Sevgisiz bu həyatda olmayacaq şöhrətin,Qapıları açıqdır üzünə səadətin.Hüzurunda bu xoşbəxt, alnıaçıq millətinSənin səadətinçün cavab verməliyəm mən.
Ömrünün gözəl keçən vaxtını zəhmətdə gör,Şöhrətinin ucalıq taxtını zəhmətdə gör.Fəhlə ol, ya alim ol, baxtını zəhmətdə gör.Şərəfli zəhmətinçün cavab verməliyəm mən.
Yaxına baxmalısan, uzağa baxmalısan,Başın üstə yellənən bayrağa baxmalısan,Ellərin yandırdığı çırağa baxmalısan;Əzminçün, cürətinçün cavab verməliyəm mən.
Uzun yollar keçmişəm, yaxşı qulaq as mənə,Dara düşsən unutma, hayan vətəndir sənə.Canımdan çox sevdiyim bu müqəddəs vətənə,Böyük məhəbbətinçün cavab verməliyəm mən.
Sən cavab verməlisən peşənçün, sənətinçün,Bütün dediklərimçün, adınçün, hörmətinçün.Sən cavab verməlisən əbədi qeyrətinçün,Hər şeyçün, şöhrətinçün cavab verməliyəm mən.
Gəl, gənclik illərini vermə küləyə, oğlum,Adına, şöhrətinə gəlməsin ləkə oğlum.Həqiqət dünyamızda səninlə birgə, oğlum.Sənin həqiqətinçün cavab verməliyəm mən!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-cavab-vermeliyem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Düyünlü sözlərdən heç gəlməz xoşum,Aydın həqiqətdir mənim fəlsəfəm.
OlmasaydıDinməzdi mahnım mənim, gəlməzdi şerim cana,Günəş bayraqlı min-min səhərim olmasaydı,
Gecənin romantikasıBu yatmış küçələrdə bu gecə mənəm ayıq,Mənəm addımlarımla bu sükuta yaraşıq.
Azərbaycana gəlsinVətənimin seyrinə çağırıram elləri,Sərvət görmək istəyən Azərbaycana gəlsin!