Ustadın kimdir
Aşıq Ədalətə
Məclis böyük, təntənəli,Aşıq sadə, saz bəzəksiz,Zillənibdir gözlər ona,Titrək-titrək qalxdı əli,İlk guşəsi, xalı təmiz,Tellər dindi yana-yana.
Sazlı-sözlü babaların,Qılınc tutan nəsillərinRuhu gəzdi bu məclisi.İgidliyin, düz ilqarınMənasından şirin-şirinHal etdi o saz bizi.Bu məclisə gələn gördükQurbanini, Ələsgəri,Gözlərindən gülən gördükYaşmaq tutan gözəlləri.
Bir dost kimi candan, qəlbdənSaz sirrini bizə dedi,Tənəyə də hədəf oldu.Bəlkə elə bu səbəbdənƏllər onu döyəclədi –O gah çılğın bir dəf oldu,Gah tar oldu, gah kamança;Gah da neyin dodağınıYada salıb hey ağladı...Gah da atəş aça-açaBir qoşunun qabağınıAynalıtək o, saxladı.
O əfsuna sən daldıqcaDüşünürsən, bu avazdaYüz sənətin hikməti var.Şövqə gəlib o çaldıqcaDeyirsən ki, bu tək sazdaBir orkestr qüdrəti var!
Gah müdrik bir qoca kimiGedib dərin bir xəyalaÜmmanlara daldı-daldı...Gah Abbası, gah Dilqəmi,Koroğlunu qala-qala,Gəzdi, gəzdi... çaldı, çaldı...
Başlayanda saz oynağaQönçələrdən o, elə bilƏlvan xalı toxuyurdu.Səs qalxdıqca dalğa-dalğaSanki dinən o saz deyil,Aşıq Mirzə oxuyurdu.
Sehrlədi o saz bizi –Dəyişildi məclis birdən,Xanəndələr gəldi dilə.Coşdu duyğular dənizi,Baş açmadım heç bu sirdən,Görməmişdim sazı belə.
Qulaq verdi, baxdı hamıBu çalğıya heyran-heyran. –Saz şaqradı tuti təki.Aydın idi hər kəlamı,Danışırdı: “Dost-mehribanYa bir olar, ya da iki...”
Sonra səpdi “Lalələr”iMəclis boyu ləçək-ləçək,Al boyandı Gəncə düzü.Bülbül olub nalələriYaydı bağa çiçək-çiçək,Düzdü sapa o hər sözü;“Yenə qonub şah budağaNə sızlarsan belə, bülbül?..”Güllər ətir qoxuyurdu.Əhsən, alqış yağa-yağaSanki burda o saz deyil,Şövkət, Zeynəb oxuyurdu.
Saz söz qoyub ƏdalətləFaş elədi neçə-neçəLeyli-Məcnun fəryadını.
Danışdırdı məhəbbətlə,Ləyaqətlə seçə-seçəƏsrimizin Fərhadını!
Asta-asta, narın-narınAşıq sazı, saz aşığıCoşdururdu, daşdırırdı;Məharətli sənətkarınSöhbət edən hər barmağıBaxışları çaşdırırdı.
Endirəndə sazı hərdənMizrablı əl dincəlirdi.Pərdələri gəzən əldənQaibanə səs gəlirdi...
Bərbəzəkli neçə sazın,O çaldıqca, batdı səsi,Sədəflərin hüsnü soldu.Sadə saza – o avazınHər cəh-cəhi, hər guşəsi,Hər xalı bir sədəf oldu!Süzüb keçdi o səhnəni,Dəsgahını vurdu sonaAlqışların şəlaləsi,Görməsə də səni, məniMavi ekran verdi onaQucaq-qucaq el töhfəsi.
Saz sussa da ürəklərdəDavam etdi bu tərənə.Səs ucaldı pərdə-pərdə:– Qayıt yenə, qayıt yenə!
Sazı ilə o sənətkarBu alqışı alqışladıYorulmadan, usanmadan.Heyran qalıb soruşdular:– Ustadının nədir adı?Cavab verdi:– Azərbaycan!
Kitabxana.az · https://kitabxana.az/works/qasim-qasimzade-ustadin-kimdir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gecə xeyli keçmiş, yata bilmirəm,Sanma əyləncəmdir boş düşüncələr;
Tükənməz eşq ilə duyduqca dərinTükənməz eşq ilə duyduqca dərinSənin gözündəki o şeriyyəti,
RelslərZəng çalınır... ağır-ağır tərpənir qatar,Bir az sonra nə əl yetər, nə də ün çatar.
TəsəlliBir şəhərin suyundan sən də, mən də içirik,Küçəsindən, bağından sən də, mən də keçirik.
Başqa şairlərin şeirləri
Torpaq insanı udur,Canlım, canı udur.
Can alıcı xuni gözün bir dəm aman verməz, nedimCan alıcı xuni gözün bir dəm aman verməz, nedim?Dil-xəstəyə kirpiklərün ol dəxi can verməz, nedim?
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Hanı o yarə uyub, xəlvət etdiyim gecələrHanı o yarə uyub, xəlvət etdiyim gecələr?Ənisü-munis, olub söhbət etdiyim gecələr?