Gecə xeyli keçmiş, yata bilmirəm,Sanma əyləncəmdir boş düşüncələr;Yol tapa bilməyir könlümə dərd-qəm –Qaçırmış yuxumu xoş düşüncələr...

Qonşuda ağlayan körpə uşağınGənc ana tələsik durur səsinə.Çox acı olsa da vaxtsız oyanmaqŞirin layla deyir öz körpəsinə.

Gecə xeyli keçmiş, yatmışdır Bakı,Könlümdə yatmayan min arzu vardır.Həsrətlə deyirəm: “qonşumuzdakıKörpənin atası nə bəxtiyardır...”

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri