Görən nə deyər...
Durmuşam onunla yenə üz-üzə?Məsləhət almağa gəlib yanıma.Hüsnü əzəlidir, ədası təzə,Yapışır göz kimi gözü canıma.
Mənə xitab edir “müəllim” deyə,Qalmışam içimi mən yeyə-yeyə.
Qalanıb könlündə bəlkə bir ocaq,Bəlkə qarlı saçım üşüdür onu!?Od-su arasında durmuşam... ancaqKaş ki, yetişməyə bu cövrün sonu.
Deyirəm: “Heç insaf var səndə, ay qız?Var isə o sayaq atəşli baxma.
Amandır, amandır, qəlbində, ay qızQırovlu başımı başıma qaxma...”
Qız sonsuz hörmətlə baxdı üzümə,Özüm atəş açdım bu vaxt özümə.Hissə meydan versəm, baxan nə deyər,Onu cilovlasam qəlbim inciyər...
Demək, o gündən ki, oldun müəllimPeşən çox duyğudan səni ayırdı,Soyuq məsləhətlər versə də dilim,Ürəyim gəncliyi haraylayırdı...
Kitabxana.az · https://kitabxana.az/works/qasim-qasimzade-goren-ne-deyer
← → düymələri ilə keçid, R — təsadüfi şeir