(Ömür haqqında ballada)

Okeanlar, dənizlərİnsan üçün yaranmış.Əlvan xalçalı düzlərİnsan üçün yaranmış.Şimşək parıltısındanÜzü açılıb gülənÇənli dağ,Qayaların döşündənDamcı-damcı tökülənBal bulaqİnsan üçün yaranmış.

Bol sərvətli, nübarlı,Gen dərələr-boğçalar,Qırqovullu meşələr,Bülbül səsli bağçalar,Üfüqdəki min bəzək,Səmadakı min naxışİnsan üçün yaranmış.İnsan min il yaşardıBu nemətlər içində.İnsan min il yaşardıTəbiətin qurduğuİmarətlər içində.

Yüzündə ilk gəncliyinHəvəsiylə coşardı,Beş yüzündə tövşüməz,Uca dağlar aşardı.Səkkiz yüzə çatandaNə ürəyi vurnuxar,

Nə də ağlı çaşardı.İnsan min il yaşardı –Qılıncını duyğularÇəkməsəydi üstünə,Həsrət, qeyrət, ayrılıqDurmasaydı qəsdinə.

İlk məhəbbət cavabsızQalanda,Buta-buta arzularSolandaGünlər dönür qayçıyaElə bil,Kəsir gənclik çağındanYüz-yüz il.

Yenə qanı coşardı,Dağ çayıtək daşardı.İnsan min yaşardıQatmasaydı başınıEv dərdi, ev qayğısı,Ata-ana matəmi,Namərdlərin qisası.Övlad dağı dağ olubƏyməsəydi belini,Silməsəydi ömrününYarı-yarı ilini.

Süzüləndə yetimlərBaxışı,Töküləndə tənələrYağışı,Alimlərə nadanlarGüləndə,Haqqa, xeyrə şər üstünGələndə –Ağrıları başlayırÜrəyin,Zəhər olur təmi dəXörəyin...

Yad kimsələr yurdunuTapdayanda, əzəndə,“Yersiz gəldi, yerli qaç”Ədasıyla gəzəndə,Şan-şövkətli xalqınıTənə ilə süzəndə,Candan bezib qəzəbləÜzərinə onlarınAtmasaydı özünü,Taleyilə barışıbYumsa idi gözünü,İldırımtək başındaÇaxmasaydı el dərdiÖz gözüylə on əsrinBüsatını görərdi...

Bəziləri şərəfiAtanda,Məsləkini mənsəbəSatanda,Üz verəndə ayrılıqMillətə,Daş-torpaq da düşəndəQürbətə,El-obanıdolaşa-dolaşaQardaş həsrət qalandaQardaşaNəbzi itir ara birBəşərin.Can üzülür cəngindəKədərin...

Qonşuda vay düşəndəÇıxmasaydı evindən,Dostun çətin günündəQalmasaydı kefindən,Darda qalan kəslərinYetməsəydi dadına,Uzaq cəfakeşlərinYanmasaydı oduna,Yaxşılığın zövqündənOlsa idi bixəbər,Bədxahlığa köksünüEtməsəydi heç sipər,İdmandan özgə bir işGörməsəydi bütün günBu dünyaya gəlibdirBilməsəydi nə üçün –Bu minvalla illəriƏsrləri keçərəkArsız-arsız açılıbYumulardı hər ürək.

Nə yaxşı ki, ömrümüzYetişməyir min ilə –Yaşamırıq bir belə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri