Nənəm danışqan olub
(Zarafatyana)
“Nənəm danışqan olub...” gileylənir nəvələr,Gündə bir nağıl deyib kiriyərdi əvvəllər.İndi girəvə düşcək fövtə vermir fürsəti,Qurtarmaq da bilməyir başladığı söhbəti.Bir xatirə yumağı açıldımı... gedəcək.Ortada bir xal vurub kəssən, böyüzm edəcək;“Ağzımızı açmağa macal vermir qırılmış”.Çözələnir söz sapı gecə-gündüz, bahar-qış.
Bir də gördün gah toydan, gah “front”dan başladı,Ya pambığa danışan malı necə daşladı...Bəzən olur sağolmuş yaddaşda aza-azaƏrşə-kürşə baş vurub gedib çıxır kosmosa.Lazım gəlsə futbola, siyasətə qarışır,Yaxın Şərqdən söz salıb Kisincerdən danışır.
Hansı təbibsə deyib: “Çox danışan çox yaşar”.Bu kəlamda nə isə ağlabatan məna var –Danışdıqca azalır, elə bil ki, dərd-qada,Yüngülləşir silah da gülləni ata-ata.Belə isə, de gəlsin, xətrinə düşən zaman,Kimdən, nədən istəsən, danış, danış, nənəcan!
Kitabxana.az · https://kitabxana.az/works/qasim-qasimzade-nenem-danisqan-olub
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Babalardan qalma sözdür –əziz, mehriban
Hara getsək bizi çağırır ŞuşaHara getsək bizi çağırır Şuşa,Bilirsizmi nədir bundakı hikmət:
Sehrli torpaqBu torpağa zinət vermiş, sığal çəkmiş təbiət,Onu mənə ana edən deyil təkcə bu hikmət...
Bələdikmi özümüzəAdam var ki, gəzməyibdir paytaxtını,Göydən, yerdən salmayıbdır nəzər ona.
Başqa şairlərin şeirləri
Əbəvi məqamı zidə şanə,Həmişə vəslinə olmuşam talib.
Yol istərəmAradım, tapmadım qapusinSaray səndən yol istərəm
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
Müstəzad: Ey dil, gecələr sübhə dəkin yar eşiyindəEy dil, gecələr sübhə dəkin yar eşiyində — Əfqanə yetişdik,Rəhmi yox olan kafiri-bimar eşiyində — Sən cana yetişdik,