Xata çıxdı əlimdən,Saymazyana daş atdım.Dilbilməyən körpəninMən alnını qanatdım...

Qızıl qanı bir andaSifətini bürüdü.

Mən yamanca tutuldum,O, ağlayıb kiridi.

Sakitləşib güldü dəCiyərimin parası.Həftə keçdi, büsbütünYaxşı oldu yarası.İllər ötmüş, unudaBilməyirəm o dağı –Daha itmiş görsəm dəAlnındakı çapığı.Yox o, çapıq itməmiş,Onun gizli yeri var –Mən öləndə yarsanızÜrəyimdən tapılar...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri