1. Gecə

Bu gecənin möhtəşəm, sirli bir aləmi var,Aşağıya baxıram, seyr edirəm səmanı.Ayağımın altında tala-tala buludlar,Gah görünür, gah itir ulduzların karvanı.

Gümüş pullu balıqmı, Aymıdır o çırpınanAyağımın altında.Göydə deyil, bu gecə qatarlanıb kəhkəşanYerin yeddi qatında –

Elə bil ki, heyrətlə milyon-milyon göz baxır.Kəpəz sönmüş mayaktək görünsə də dərədəO əzəmət, o vüqar silinməz iz buraxır,Könlüm doymur, gözlərim qalır o mənzərədə.

Zənn etməyin o gecə kainatı dolaşanƏfsanəvi bir quşdum,Yox, aynalı Göy gölün asimanla qovuşanSahilində durmuşdum.

2. Papiros kötüyü

Üstümüzə muncuqtək damcı-damcı su düşür,Qayıq süzür, al-əlvan mənzərələr dəyişir.Yelpik-yelpik açılıb qanadlanır ləpələr,Sökür yaşıl çadırını göldə quran təpələr.Göl necə də dupduru, göl necə də təmizdir,Ona məhəbbətimiz coşub-daşan dənizdir.Əyləşibdir qayıqda bir təbiət vurğunu.Barmağıyla söndürdü papirosun odunu.Baxdı əzik kötüyə, bir də ki, şəffaf suya.Əhsən onun qəlbini bürüyən saf duyğuya! –Papirosu atmadı gölün təmiz üzünə,O, qıymadı Göy gölün təravətli hüsnünə.

3. Gözəlliyin tarixi

Göy göldən nə qədər yazırsansa yaz,Azalmır hüsnündən əzəmət, vüqar.Onu gülən qıza bənzətmək olmazMəskəni olsa da zövqü-səfanın:Səkkiz yüz yaşında bu növcavanınMənalı pərişan gözəlliyi var.Başının üstündə dayanır KəpəzUçan bir qalanın divarı kimi.Ana təbiəti seyr eləyib gəzÖmrün keçilməmiş yolları kimi.Meşələr sirr dolu, meşələr qalın,Sehri var hər rəngin, burda hər səsin.Gəzək bu yerləri biz ayaqyalın,Xəzəl inciməsin, daş inciməsin...Deyirlər, bir kol da yoxmuş bu yerdə,Yaşıl yamaclarda, göy təpələrdəYayda söykənərmiş oba obaya,Cavanlar qol-boyun enərmiş çaya,Dağlar əks edərmiş, sazı, qavalı,İgidlər nəşəli... Ağsu havalı...Bir gecə lərzəyə gəlmiş təbiət,

Qov kimi titrəmiş dağlar, təpələr.İtkin düşmüş burda neçə söz, niyyət.Qarışmış torpağa neçə kənd, şəhər.Sürünmüş yarğanlar hey dizin-dizin,Yerin şah damarı bir-bir sökülmüş.Yarılmış dəhşətdən bağrı Kəpəzin,Qopub tikə-tikə, çaya tökülmüş...Fəlakət üz vermiş Azərbaycana.Sübhədək ağrılar çəkən o anaSəhər ala gözlü bir bala doğmuş,Hüsnü, yaraşığı heç yanda yoxmuş.O, xeyli çalxanıb uyuyan zamanGəlmiş tamaşaya yer, göy, asiman,Gəlmiş tamaşaya Gəncə, Qarabağ,Bakıya, Təbrizə getmiş bu soraq.Gözəllik eşqinə sarılmış o günŞairlər qələmə, ozanlar saza,Hüsnü əbədilik solmamaq üçün“Göy göl” adı vermiş ellər bu qıza.Hər baxan qəlbində söyləmiş “bəh-bəh!..”Kədərdən, şadlıqdan gözləri dolmuş.Zəlzələ – fəlakət, gözəllik – fərəh:O gün çox ağlayan, sevinən olmuş.Bədbəxtlik, xoşbəxtlik gəlmiş ölkəyəO vaxtdan çox illər, əsrlər ötmüş.Vətən dərdlərini unutsun deyəYaralı torpağı meşələr örtmüş.Meşələr sirr dolu, meşələr qalınSehri var hər rəngin, burda hər səsin.Gəzək bu yerləri biz ayaqyalın,Xəzəl inciməsin, daş inciməsin.

4. Qınamasın gələcək nəsillər bizi

Deyirlər ki, çəkilir suyu Göy gölün,Sahil boyu daşlara ağ-ağ iz salıb.Saçlarını ağ hörür nə tez bu gəlin?!Belə getsə, ömrünə neçə il qalıb.

Belə getsə, tökülər dağların zəri.Görə-görə dözürük o fəlakətə.Yaranarmı bir daha onun bənzəri,Yüz sifariş versən də sən təbiətə!Min həvəslə bəzənib əlvan geyinməz,Bir gözəlin sınanda tale güzgüsü.Meşə solar, dumana bürünər Kəpəz,Təbiətlə əbədi bağlayar küsü.O, göz yaşı deyil ki, quruyan zamanQanadlanaq fərəhdən, sevinib gülək.Dadımıza yetməz də nə ah, nə aman –Başbilənlər yığışsın bu dərdi bilək.Başbilənlər yığışıb gəlsin haraya,Gözəllik oğrusunun tapılsın izi.Yana-yana bir zaman baxıb burayaQınamasın gələcək nəsillər bizi!İndən belə qətrə də suyu itməsinQoy əbədi yaşasın səfalı Göy göl.Üstündəki sonatək uçub getməsin.Qalsın ana torpağa vəfalı Göy göl.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri