Mərməreni seyr elədik ada-ada,Gözəllikdən gözəlliyə çata-çata,Ada demə, altı bacı – su pərisi,Gülab səpdi arxamızca hər birisi.Böyük ada, Yaşıl ada güldü gözə.Heyran qaldıq uçrumlara, şamlıqlara,Heyran qaldıq: dəniz hara, bulaq hara?

Xınalıda bir qız çıxdı gəmimizə.Elə bil ki, süzülmüşdü o mahnıdan:“Aman allah, gözlərə bax, gözlərə bax...”Pəri idi, kim deyərdi bəni-insan.Üzüb gəlmiş mavilikdən ayrılaraq.Yox, tanışdı, doğma idi, qəşəng idi,Salam verib yanımızda yer istədi.Geyinmişdi yeni dəblə – donu dizdən.Çantasıyla gizlətsə də bunu bizdən.Danışdıqca incə-incə, şirin-şirin,Hiss elədik qəlbi safmış, fikri dərin.

Gətirmişdi saçında çöl çiçəyini,Baxışında dərələrin yuxusunu,Yanağında zanbaqların ləçəyini,Üst-başında zeytun, ardıc qoxusunu.Gözlərində ləpələrin mor rəngini,Gülüşündə Sakaryanın ahəngini.Təbiətdən yoğrulmuşdu təbiəti,Tapındığı – öz torpağı, öz milləti.

Mərd davransan niyyətini o, bilərəkHörmət qoyar, yüz kişidən seçər səni.Maral gözü şir gözünə çevrilərəkBaxışının qılıncıyla biçər səni

Tamah salıb sərxoş-sərxoş baxsan ona.Qəzəbindən dönər çılğın bir aslana,Atılar da üzərinə dəli-dəliO mehriban, o füsunkar türk gözəli.

Açıldı aləmə Fərəhin gözü –Bir damla nur düşdü baxışlarından.Bu kiçik zərrədən – nur [?]barındanDünyanın bir az da nurlandı üzü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri