Haray salıb sərasərQaynayar axşam-səhər.Nəğməsində qəm-kədərGedənləri soraqlarO vəfalı bulaqlar.

“Yeddi bulaq”, “Yüz bulaq”,“Soyuq bulaq”, “Buz bulaq”,Təzə-təzə ad qoyaq,Adı əbədi saxlarİlqarı düz bulaqlar.

Biri: “Nəbi çeşməsi”,Biri olsun qoy: “Həzi”.Biri: “Cəmil kəhrizi” –Pıçıldasın dodaqlarFəxr olsun bulaqlar...

Gəlib çıxa kaş qəfilQafur, Mehdi, İsrafil.Şəlalə vura təbil,Layla çala bulaqlar,Fikrə dala uzaqlar...

Hər dağımda bir qala,Heykəllər də ucala.Əksi sularda qala,Ulduz taxa bulaqlar,Məğrur axa bulaqlar.

Zümzüməniz mənalıƏbədiyyət timsallıGəzin eli-mahalı,Mahnı olun, bulaqlar,Qəlbə dolun, bulaqlar...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri