Cavan ömrüm getdi badi-fənaya,Bundan belə dilim desin ha sini.Ömür başa yetib, dil tərk olubdu,Axtarıram ha siratı, ha sini.

Mərd iyidlər el içində qaladı,Eşq atəşi səngimişdi, qaladı.İyid ölsə bu dünyada qaladı,Müxənnətlər gözləyəcək ha sini.

Abdullayam, el içində azadam.Bax, nə qulam, nə nökərəm, azadam.El içində kişi çıxar az adam,Namərd olan ha incəli, ha sini!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri