Leylini yazdı
Bihudə dolandım, əfsanə gəzdim,Canım dost yolunda, Leyli, niyazdı.Etibar kəsilib, ilqar pozulub,Əvvəlki məhəbbət, Leyli, niyə azdı?
Qəmər qan ağladı, neştər yeridi,Yaram sızıldayır, neştər yeridi.Leylinin qoluna neştər yeridi,Məcnun qanı çöldə “Leyli”ni yazdı.
Dost olan dostunu çəkməzdi dara,Al şanəni, siyah zülfün di dara.Həsrət qoymaginən didar-didara,Görən, dost yolundan Leyli niyazdı?
Həya çəkib, daldalanma sən ara,Həqiqi dostundan kəsmə sən ara.Abdullanın xəyalını sən ara,Gəzir şəms təki leylini, yazdı.
Kitabxana.az · https://kitabxana.az/works/usta-abdulla-leylini-yazdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Göz yaşından namə yazdım, yolladım,Oxuyub dərdimi qanalar indi
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
Bu, nəti-rəsuli-müctəbadurBu, nəti-rəsuli-müctəbadur**Ey şahi-bəlavü izzü təkrim,
Könlüm xoş olur ol büti-zibayə baxandaKönlüm xoş olur ol büti-zibayə baxanda,Vəcd eylərəm ol zülfi-səmənsaya baxanda.