Bu, nəti-rəsuli-müctəbadur

Ey şahi-bəlavü izzü təkrim,Vey xosrovi-mülki-xəlqi-təzim.Sərlövhi-kitabi-afəriniş,Tüğrayi-xitabi-hökmi-biniş.Ey məhrəmi-razi-sirri-mübhəm,Vey bəzm tərazü vəhy mülhəm.Şərin durub etdi nəsxi-ədyan,Göstərdi təriqi-kuyi-irfan.Ey sameyi-məniyi-həqiqət,Qanunnəhi-kişvəri-təriqət.Çün şəmi-vüsudin oldu rövşən,Qıldı bu səhani tazə gülşən.Ey şafeyi-müsrimani-asi,Səndin qəmuyə rəhi-xilasi.Zərrati-səhan tənəbli-rahın,Ərş oldu kəminə təkyəgahın.Ey Kəbeyi-çar rükni-aləm,Nuri-əzəlivü möhri-xatəm.Çərxü fələk etdilər ərusi,Verdün olarə çü paybusi,Ey zinəti-məhfili-nübüvvət,Arayişi-bəzmi-ünsü vəhdət.Sən ləsseyi-kövnə lölöyi-nab,Sən zülməti-bəhrə nuri-məhtab.Ey baisi-nəzmi-xakü əflak,Şahid bu sözə kəlami-lölak.Visdanınədür təriqi-adət,Binayi-qüyub vəşşəhadət.Ey kaşifi-rəmzhayi-müşkil,Təbliğ sərayü vəhyü münzil.İrdi qəmu xəlqə feyzi-sudin,Ta yetdi şəhadəti-şühudin.Ey çeşmi-səhanə nuri-didə,Xurşid qulami-zərxəridə.Tənqihi-dəfatiri-qiyamət,Mövquf açasan ləbi-şəfaət.Ol fatehi-həştbabi-gülşən,Zatilə sifatə elmi rovşən.Çün görmədi bizdə nuri-idrak,Yazdı o misali-marəfnak.Ol kim bula qürbi-qabi-qövsin,Ol pərdədə ola surəti-zin.Di anda neçün qalur səhalət,Kim ola ona rəva bu halət.Ey valiyi-çar həddi-təmkin,Təhsi nişanə, həzar təhsin!Güftarın açub dəri-hidayət,Rəf eylədi zülməti-zəlalət.Saldı araya kitabü əlam,Göstərdi təriqi-küfri-islam.Sabit sən edüb vüsudi-vasib,Qayim sən edüb vüsubi-qayib,Səndin əgər olmasaydı təlim.Keyfiyyəti-din, ədayi-təzim.Kim anlar idi ziyanü sudi,Kim eylər idi xuda süsudi?Dövranə əsəb mədar qoydun,Şərin bizə yadigar qoydun,Hər müşkil əgər olunsa izhar,Sən həll edüb eylədün xəbərdar.Nə faidə bu tərəfdən iqbal,Yoqdur sənə qeyri-ruyi-ehmal.Səndin bizə lütfü mehribani,Bizdən sənə qəhrü sərgirani.Səndin bizədür təriqi-yari,Bizdən sənə şivə dilfikari.Səndin bizədür yetən şəfaət,Bizdən sənə nəqsi-əhdü adət.Üsyan səni bizdən etdi tirə,Qəmdür bizdən sənə zəxirəSındurduq əgərçi zərfi-irfan,Səhlilə dutub təriqi-üsyan.Haşa kəsəlüm ümid səndin,Ya görmüyəlüm nəvid səndin.Aləm qəmudur sənin əsirin,Adəm qəmudur sənin fəqirin.Yox qeyrə sənin çü ehtiyasın,Ta insiyə olmasa məzasın.Olmadı səninlə sayə həmseyr,Yəni ki, sənə ədil yox qeyr,Zatın qəmu nuri-pakdur pak,Çün bulmaz ani həvasü idrak.Pəs düzdü həkimi-ləyəzali,Ol nurə bu surəti-xəyali.Ta aləmi-sismə ola şahid,Xəlqə ola mənşəi-fəvaid.Yox sayəsi surəti-xəyalın,Bir şəkl misaldür səmalın.Gər sism duranda intisabə,Möhtas ola badü xakü abə.Ol nesə çıxar dutub kəranə,Bu şüğlilə qürbi-laməkanə.Pəs zahir olundu ol mükərrəm,Bu növidə nurdur müsəssəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə

Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə**Bir şəbi-deysur ki, sərməstani-büqayi nur badeyi-nəvamisdin məxmur və əsbabi-vəqayeyi-həvasdin məhsur idi. Ol gesəbəni-zar bir neçəyar iləç ün mahü səyyar bidarü şəb zindədar, gah mühibbi-razəsəlis vəmətlubeyi-niyazə ənis vəzəmani xümxaneyi-həsrətdin badənuşvə əşki-heyrətdin gülfüruşolub vəsaəti tərkibi-mükəvvinatdəsayiqü lahiq vətərkibi-əşkaldin nətayisi-layiq düzüb, vəqti seyri-müluk ratibəsindən mütəfəkkir vəaşiqü məşuq taifəsindin mütəzəkkir yekan-yekan tedadi-müstəidani-ferəqi-hər zaman edərkən, nagah süruşi-huşim ərseyi-xatirəbu möhməl məzmun yeritdi ki, aya nəsəhətdin müxəddəreyi-nəğli-Vərqavü Gülşa bavüsudi-sihazi-eşqihəqiqət təraz iləsəramədi-səhan vəhüsni-səmalda nəvadiri-dövrandurlar, bəzmi-məhəbbətdəüşşaqi-əzmanəsabiq vərəzmi-xüsumətdəRüstəmidastanəfayiq, meydani-hisrdəsərbazlıqlarıməşhur və əvani-zəsrdə vəfadarlıqlarımənşur. Əselle fohul, bəlağətpişeyi-farsi zəbanan valeh, qəbulifəsahətəndişeyi-türki bəyanan ədəmi-etibariləo bəyanın izdivasından xatirihəzimət vərüxsareyi-əzimət döndərüb, leyaliyi-əfkar və əyyami-emardəol bakirəyəhəmağuşvəol sovdayəhəmduşvəsami-zülal nəqllərindin badənuş olməmişlər. Bu ehmal zahiri-hal ol iki ruhə şəsereyi-məhəbbətəmüəddayixələlü pecman vəmouresi-zələlü xüsran olmağı əsəldin mizani-etibardəol kamil əyarlərin əyari-kari nöqsan vəol sərvi-sənubər nihadlar bir təərrüzibidadəulaşub hədəfi-tiri-təvəhhümi-xəta olalar. Bu haləmüqarin təlieyiilhamü iradat qəlbi-münkəsiriməbu iradət buraxdıvəgərdəni-idraki-xatirimə qəlladeyi-feyzi-izaət taxdıki, ey qəriqi-bəhri-təhəyyürü qəmanü həriqi-atəşitəfəkkürü hirman, əni Məsihiyi-natəvan, guya qayəti-qeyrətü vəfa vənəhayətiisməti-səfa rəva görməmişkim, ol pərdənişini-iffət vəbəzmi-ayini-şəhadətlərinin pərçəmi-əlamlarıhəvagir vənami-namiləri ifşapəzir olub, məhafilü məsalisdəhər bidərdədərdi-zəban vəhər naməhrəmərətbül-lisan ola. Nişəkim bu əzmandəçehreyi-müsameəhelyeyi-vəfa bədəlinəarayişinifaq düzülmüşvəsilsileyi-vəsləti-həqiqət təlsiq vəiqdi-əqidəti-məvəddət tənsiq bilkülliyyəüzülmüş, meyi-məhəbbəti-həqiqi, badeyi-məvəddətiməsaziyəzirdəst vənəşeyi-üzubəti-sami-ələst mərarəti-xümari-küdurətdən pəst olmuş. Çün il iki sitəmrəsideyi-aləmşühud gövhərləri ziar vəsövhərləri vəfadar vəalimiqdar idi, fələki-kəsrəftar ki, lazal işi, dəvarişi qəddarlıq və

16285 dəq
Tovhiddürür bu bir qəsidə

Tovhiddürür bu bir qəsidə**Afərin, ey maliki-mülki-cəhan, səd afərin,

16282 dəq
Bu, bir bürhan durur xəlqə vücudi-vacibi-həqdən

Bu, bir bürhan durur xəlqə vücudi-vacibi-həqdən**Ey əql dəvani-bəzmi-idrak,

16283 dəq
Ey fələk, netdim həmişə gözləyib azanmı

Ey fələk, netdim həmişə gözləyib azanmı,Dil evin ğarət qılıb pozdun rüxi-bazanmı.

Qəzəl16281 dəq

Başqa şairlərin şeirləri