O qansız əlini yuyanda qanlaİlk gecə sübhədək keçirdi əzab.Qulağı dolduqca ahla-amanlaVermədi vicdana bir də haqq-hesab.

Bir cavan beləcə uyub tamahaDuyunca havadan təzə ət iyi,Saymazca əl atdı dolu silaha,İlk dəfə nəşəylə çəkdi tətiyi.

Düşdü tappıltıyla önünə turac,Bir anda min büsat tari-mar oldu.Peşiman-peşiman baxdı naəlac,Günahsız qan gördü, halı pozuldu.

Düşündü: “yuvama tale su çalar,Neylədim?..”Özünü söydü, qınadı.Gülüşdü bu hala köhnə ovçular.Azaltdı dərdini kababın dadı.

Ötürdü bərədən keçən qabanı –Əti bu yerlərdə haramdır deyə,Ələdi, aradı, gəzdi ormanı,Qoşa patronları sıxdı əliyə.

Bir belə, beş belə... Etdikcə şikarÖyrəşdi naləyə, öyrəşdi qana.Tətiyi çəkdikcə nəcib duyğularTutuldu köksündə gülləborana.

Mərdi qova-qova namərd eylədi,Dinclik də vermədi uçar-qaçara.Ananı, balanı vurub teylədi –Dağ çəkdi payıza, qışa, bahara.

Qırma çiskinindən sərilcək yerəQanovuz qırqovul, xınalı kəklik,Yaralı-yaralı uçdu göylərə,Perikdi qəlbindən neçə gözəllik.

Oldu mərhəmət də, insaf da şan-şan,Döndü çopur daşa o həssas ürək...Maralı, ceyranı alanda nişanÖzünü hədəfdə görəsən gərək!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri