(Zarafat)

Bir dəstə ceyran olsa,Gəlib çəmənə dolsa,Mən onların içində –Ceyranların içindəSəni itirmərəmmi?

Xəstə düşsəm biqərar,Ürəyimdən keçsə nar,Səndən icazəsiz, yar,Dərman üçün, de, naçarQoynuna girmərəmmi?!

Dənizlər olsa ada,Su tapmayıb dəryada,Ölsə bütün balıqlar,Belə quraqlıqda, yar,Sən əkdiyin çiçəklərSolub saralsa əgər,Eşqin həyəcanıylaÜrəyimin qanıylaOnu bitirmərəmmi?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq