Çatdı çətin günüm, ana, ay ana
Çatdı çətin günüm, ana, ay ana,Bu halımda sizə gələ bilmirəm.Qaçıram içimdə o yan-bu yana,Dərdimi heç kəslə bölə bilmirəm.
Qismət özümündür, təkcə özümün,Tab etməz bu yükə sənin dözümün.
Axı, sağdır hələ sənin mən oğlun,Görməmisən nədir bala dağını.Mənim məzarıma düşməyib yolun,Gətir təsəvvürə mənsiz çağını.
Nəvən taqətindir, bilirəm bunu,O əvəz eləməz fəqət oğlunu.İlkini itirmək nədir insana,Mən öləndə bunu duyarsan, ana...
Kitabxana.az · https://kitabxana.az/works/qasim-qasimzade-catdi-cetin-gunum-ana-ay-ana
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
thumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
روی تو گل و بوی تو نسرین دارممن عشق و نبید خوردن آیین دارم
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
GəlsinQıratı gətirdim cövlana, indiVarsa igidlərin meydana gəlsin!..