İsmət – qız üzünün zövqü, bəzəyi,Gəlinin müqəddəs çarpan ürəyi,

Səmimi insana səmimi xitab,Layiqli suala layiqli cavab,

Geyimlər, yerişlər, sözlər ədəbli,Baxışlar ədəbli, gözlər ədəbli.

Kirpiyin yanağa düşən kölgəsi,Duru göz yaşıyla yuyulan sima,Buluda bürünən Ayın haləsi,İncə bir meh ilə açılan səma.

Asta zümzüməli – sevdalı bulaq,“Sevirəm” sözüylə səyriyən dodaq.Gəlinin təmkinli, ciddi baxışı,Qızın atmacaya çatılan qaşı.

Möhtəris gözlərə sədd çəkən divar,Qadının hüsnündə solmayan bahar...

İsmət – düz ilqardır, ismət – saf diləkİsmət – təzə eşqin qəndi-nabatı.

İsmət – nənələrin qədim sovqatı,Əziz saxlayasan sovqatı gərəkli!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri