Zirvələrə aparırMəslək bizi, yol bizi.Yollar düşcək silinirKənd-kəsəkdən qəm izi.

Uğurlu yol, dürüst yolHər qismətin başıdır,

Yol da var ki, olmasa,Çəkilməsə yaxşıdır.Cüyürün öz çəhlimi,Maralın öz yolu var,

Gediş-gəliş çoxalsaGözə gələr, azalar.

Yatağına, yurdunaOnların qor tökməyin,Namərdliyin daşınıBirdəfəlik atmayan,Gecə-gündüz evindəHavalanıb yatmayanOvçuya yol çəkməyin.

O ətrafda təmizdir,Ətirlidir çəmənlər.Maşın çiçək şehinəBenzin çilər, toz ələr.!

Buxarlanıb yox olarQuzeylərin ağ qarı,Yayda daha görünməzBənövşənin nübarı.

Örüşləri, döşləriÇalın-çarpaz əkməyin,Süd gölünü qurudubYerinə qır tökməyin,Buraya yol çəkməyin.

Göbələk qucaq-qucaq,Kimin könlünə düşsəÖzü payi-piyadaGəlib onu tapacaq.

Həyalı bulaqlarınÜstünə yol çəkməyin –Barı bura dəyməsinNaməhrəmlər ayağı.Çeşməmizin gözünə

Tökməsinlər arağı.Sərxoşların xorundaZümzümələr itməsin.Kabab çəkilən yerəKonservlər getməsin.

Dağlara yol çəkməyin,Bu torpağın sirriniAralığa tökməyin,Babaların bürcünü,Səngərini sökməyin.

Min fikirli, xəyallı,O kəklikli, marallıDağlara yol çəkməyin –Yollara dağ çəkməyin...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri